|
Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbul şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində axtarışda olan daha bir təhlükəli terrorçu tutulub.
Axar.az xəbər verir ki, həbs olunan Məryəm Özsöğüt DHKP/C terror təşkilatının rəhbər şəxslərindən sayılır. Onunla birlikdə daha iki şəxsin şübhəli qismində saxlanıldığı bildirilir. Terrorçunun tutulduğu evdən tapança, çoxlu sayda patron, terrorçuluqda istifadə olunan digər ləvazimat və ədəbiyyat ələ keçirilib.