|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan investisiya yatırdığı “Pepsiko” fabrikinin açılış mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, mərasimdə çıxış edən Ərdoğan fabrikin investoru olmasının səbəblərini açıqlayıb. O bildirib ki, Türkiyə 16 ildə yerli və xarici özəl sektorun yanında olub:
“İnvestisiya ofisimiz bu gün birbaşa mənə bağlıdır. Bunun da səbəbi investorların heç bir şübhə olmadan "prezidentlə bağlı olduğuna görə burada problem yaşamaram" güvəni ilə sərmayə qoya bilmələri üçündür. Ölkəmiz 2018-ci ildə respublika tarixində ən yüksək ixracatını həyata keçirib. Biz adambaşına düşən gəlirləri 11 min dollara yüksəltdik. Bir ölkədə sabitlik yoxdursa, heç bir investor oraya gəlməz. Əvvəllər xaricə maddi vəziyyət ağır olduğu üçün gedən vətəndaşlarımız artıq ixracatçı və firma sahibi kimi gedirlər. Türkiyə bundan sonra da şərtlər nə olursa olsun, sərbəst bazar iqtisadiyyatında güzəştə getmədən inkişaf etməyə davam edəcək”.