|
İraq İrana qarşı sanksiyalardan hər kəsdən çox əziyyət çəkir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad deyib.
“İraq bu sanksiyalardan daha çox əziyyət çəkir. Ona görə ki, İraq İrandan aldığı qaz və elektrik enerjisinə güvənirdi. Yaxın gələcəkdə buna hansısa alternativin olması gözlənilmir”, - deyə o bildirib.