|
Çinin Fucien vilayətində tikintisi davam edən binada bambuk ağacından quraşdırılmış texnoloji avadanlığın uçması nəticəsində 5 fəhlə ölüb, 5 nəfər isə xəsarət alıb.
Axar.az xəbər verir ki, hadisə yanvarın 5-də yerli vaxtla səhər 11:00 radələrində Putien bələdiyyəsinin Kışen şəhərində baş verib. Dörd nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.