|
İran 3 yeni peykini uğurla sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bunu İranın İnformasiya və Elm Texnologiyaları naziri Cavad Azəri Cehromi Tvitter hesabında yazıb. Peyklərin tamamilə yerli istehsal olduğunu deyən nazir onların nə vaxt kosmosa buraxılacağını açıqlamayıb.
Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl peyk daşıyan raketlərini kosmosa buraxmağı planlaşdırdığını açıqlayıb. ABŞ Dövlət katibi Mayk Pompeo isə peyklərin kosmosa buraxılacağı halda İrana əlavə iqtisadi və dipolmatik sanksiya tətbiq ediləcəyini söyləyib.