|
ABŞ Müdafiə Nazirliyi Somalidə öz hərbi mövcudluğunu azaltmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.
ABŞ həmçinin Əş-Şabab terrorçu qruplaşmasına endirdiyi aviazərbələrin də sayını azaltmaq niyyətindədir. Vaşinqtonun bu addımı Əş-Şababın artıq ABŞ milli təhlükəsizliyinə birbaşa təhdid yaratmamasıyla əlaqədar atdığı vurğulanıb.
Qeyd edək ki, hazırda ABŞ-ın Somalidə 500 hərbçisi var.