|
Taliban hərəkatının silahlıları Əfqanıstanın qərbində 12 dinc sakini girov götürüblər.
Axar.az xəbər verir ki, insident yanvarın 5-də Fərah əyalətində qeydə alınıb. Silahlıların girovlardan ikisini güllələdiyi bildirilir.
Taliban hərəkatı hələlik insidentlə bağlı şərh verməyib.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən Taliban hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.