|
ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Trampla Putinin münasibətinin təhlükəli olması barədə fikirləri daha yüksək vəzifə üçün başlayan mübarizənin bir elementidir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev deyib. O bildirib ki, Pelosinin bu açıqlaması ABŞ-ın tərəfdarları ilə beynəlxalq münasibətlərinə və Rusiyaya qarşı bütün hərəkətlərinə təsir edəcək.
Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü Oleq Morozov da Nensi Pelosinin sözügedən açıqlamasını ABŞ rəsmilərinin siyası mədəniyyətinin olmaması kimi qiymətləndirib:
“Nensi Pelosinin sözügedən açıqlaması ABŞ rəsmilərinin siyasi mədəniyyətdən məhrum olduğunu göstərir. Lakin Rusiya beynəlxalq aləmdə sabitliyə doğru gedən marşrutlardan kənara çıxmayacaq. Bu cür bəyanatlar ABŞ rəsmilərinin siyasi mədəniyyətinin "yüksək" səviyyədə olduğunu göstərir. Rusiyanın buna eyni reaksiya verməsinə ehtiyac yoxdur".
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi MSNBC televiziyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibətinin "çox təhlükəli" olduğunu bildirib.