|
İraqın cənubunda polislə etirazçılar arasında toqquşma yaşanıb.
Axar.az xəbər verir ki, nəticədə 12 nəfər ölüb, 571-i isə yaralanıb.
Yaşanan qarşıdurma zamanı yaşayış evləri, inzibati binalar daxil olmaqla, 47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb.
Qeyd edək ki, etirazçılar elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son verilməsini tələb edir.