|
00:50
Türkiyənin Suriyada sülhü təmin etmək üçün planı var.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Nyu York Tayms" qəzetində yayımlanan məqaləsində bildirilib.
"Türkiyə İŞİD və Suriyadakı digər terror təşkilatları ilə mübarizədə qətiyyətlidir. Radikallaşmanın əsasında duran səbəbləri ortadan qaldırmaq üçün əhatəli bir strategiya həyata keçirmək istəyirik. Beynəlxalq cəmiyyətin və Suriya xalqının maraqlarının qorunması üçün geri çəkilmənin diqqətlə planlaşdırılması və doğru tərəfdaşlarla iş birliyi həyata keçirmək lazımdır. İŞİD-i bitirmək və Suriyanın ərazi bütövlüyünü mühafizə etmək üçün bütün tərəflərin bir olmasına ehtiyac var", - məqalədə bildirilib.
Bundan əlavə, Ərdoğan ABŞ Prezidenti Donald Trampın Suriyadan geri çəkilmə qərarı verməklə doğru addım atdığını vurğulayıb.