|
Cənub sərhədində yaranan humanitar böhrandan dolayı xalqa müraciət edəcəyəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Məmnuniyyətlə xəbər vermək istəyirəm ki, cənub sərhədində yaranan humanitar fəlakət və milli təhlükəsizliklə bağlı ABŞ-ın şərq sahillərinin vaxtı ilə 21:00-da xalqa müraciət edəcəyəm”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, dövlət başçısı cənub səddinin tikintisi ilə bağlı Konqresin büdcə layihəsini qəbul etməyəcəyi təqdirdə ölkədə fövqəladə vəziyyət elan edəcəyini və sözügedən divarin tez bir zamanda inşa ediləcəyini bildirmişdi.