|
S-400 sistemlərinin F-35-lərin uçuşlarına maneə yaradacağı ilə bağlı tezislər qarşıdakı həftələrdə ABŞ-dan gələn heyətlə müzakirə ediləcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesi başqanı İsmayıl Dəmir deyib.
“Mütəmadi şəkildə S-400 və F-35-lərin eyni mühitdə olmasının texniki baxımdan gətirəcəyi zərərlər və yarana biləcək risklərdən bəhs edilir. Texniki cəhətdən bizim gördüyümüz bəzi tədbirlər var. Ancaq indiyə qədər bu mövzu müzakirə ediləndə “risklər bunlardır”, “texniki baxımdan bu məsələlərə dair tədbirlər görülməlidir” deyən bir qrup görmədik. “Əgər bu narahatlığınız ciddidirsə, niyə gəlmirsiniz?” dedik. Onlar da bizə bu barədə danışacaq bir heyət göndərəcəklərini söylədilər. Onları gözləyirik. ABŞ-dan gələcəklər”, - Dəmir bildirib.