|
Qazaxıstanın Karaqanda şəhərində kütləvi dava və qətl işinə görə şübhəli bilinən Narek Qururyan Rusiyada gizlənir.
Millidəstək.az xəbər verir ki, Bunu Sputnik Qazaxıstan”a açıqlamasında Qazaxıstan Daxili İşlər nazirinin müavini Janata Süleymanova deyib.
“İlkin operativ istintaq tədbirlərindən sonra Narek Qururyanın sərhədi keçdiyi müəyyən edilib. Rusiya ərazisinə operativ-istintaq qrupu göndərilib. Bununla bərabər Ermənistana da operativ-istintaq qrupu göndərilib”, – deyə o bildirib.