|
Ukrayna Avropa Birliyi və NATO-ya yaxın 5 ildə üzv olmayacaq.
Axar.az xəbər verir ki, bunu “1+1” televiziyasında çıxışı zamanı Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib. O, buna səbəb kimi ölkənin daxilindəki vəziyyəti göstərib:
“Əgər kimsə bizim AB və NATO-ya bir, ya da iki il sonra üzv olacağımızı desə, inanmayın. Bu, təmiz yalandır. Əgər kimsə 30 il sonra desə, ona da inanmayın. Ona görə ki, təcrübə hər şeyin əksini deyir”.