|
Braziliya Prezidenti Jair Bolsonaru onun prezidentliyi dönəmində ölkə ərazisində ABŞ hərbi bazasının tikilməyəcəyini bəyan edib.
Axar.az xəbər verir ki, bunu Bolsonaru ordu generalları ilə görüşdə söyləyib.
Qeyd edək ki, Bolsonaru bundan öncə Braziliyada ABŞ hərbi bazasının yerləşdirilməsi imkanlarının nəzərdən keçirildiyini açıqlamışdı. Bolsonarunun bu açıqlamasına ABŞ Dövlət katibi Mayk Pompeodan dəstək gəlmişdi.