|
Fəratın şərqi fitnənin boynudur, bu boyun vurulmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.
“Fəratın şərqi ilan yuvasıdır. Bura fironun sığınacağı, Yezidin gizləndiyi dəlikdir. Ora qurumadıqca, başdan ayağa təmizlənmədikcə, nə rahatlıq tapacağıq, nə də təhlükəsizlikdə olacağıq. Fəratın şərqinə əməliyyat başlaması ölüm-qalım məsələsidir. İstər Fəratın şərqi, istərsə də başqa bir yer olsun. Türkün iradəsi olmadan, qərarı və sözü eşidilmədən heç kim xəyala qapılmamalıdır. Əks təqdirdə sonları acınacaqlı olacaq”, - Baxçalı bildirib.