|
Kreml casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın Rusiyanın əlaltısı olması barədə İngiltərənin Xarici İşlər naziri Ceremi Hantın iddialarını rədd edib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Rusiya insanlardan diplomatik bir oyunda əsla əlaltı kimi istifadə etməz. Rusiyada casusluq etdiyi şübhəsi oyadan şəxslər haqqında əks-kəşfiyyat fəaliyyəti aparılır və bu proses mütəmadi olaraq davam edir”, - Peskov bildirib.