|
ABŞ-ın YPG ilə elə yaxın əlaqəsi var ki, indi Vaşinqtona öz qoşunlarını Suriyadan çıxartmaq çətin gəlir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına başlamaq niyyətində olduğu bütün dünyaya məlumdur:
“Rəsmi Ankara Türkiyənin milli təhlükəsizliyi məsələsində heç kimə güzəştə getməyəcək”.