|
ABŞ ordusunun Suriyadan geri çəkilməsi məsələsində qarışıqlıq bu ölkənin etibarını zədələyir.
Axar.az xəbər verir ki, bunu Livanın ehtiyatda olan generalı Amin Hteit bildirib.
"Bu qüvvələrin geri çəkilməsi ilə bağlı əməliyyat mexanizmi əvvəldən anlaşılmaz idi, indi daha da mürəkkəb bir durum yaranıb. Amerikalı siyasətçilərə inam isə sarsılır", - Hteit qeyd edib.