|
ABŞ “Lima qrupu” (12 Amerika dövlətinin ittifaqı) vasitəsilə Venesuelada dövlət çevrilişi həyata keçirmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro jurnalistlərə açıqlamasında deyib.
“Sizi aldada bilmərəm. Vaşinqton tərəfindən hazırlanan, “Lima Qrupu” tərəfindən həyata keçirilməyə çalışılan dövlət çevrilişi təhlükəsi mövcuddur. Çevriliş planı həyata keçirən bilməlidir ki, o, ədalət, konstitusiya və hərb-vətəndaş gücü ilə qarşılaşacaq”, - deyə prezident bildirib.