|
Yaponiya rəhbərliyinin Rusiya ilə sülh müqaviləsi haqqında verdiyi son açıqlamaları əldə edilən razılaşmanın mahiyyətini kobud şəkildə pozur.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.
Rusiya XİN rəhbərinin müavini İqor Morqulov Prezident Vladimir Putin və Yaponiya Baş naziri Şinzo Abenin danışıqlarının kobud şəkildə dəyərləndirilməsinin qarşı tərəfin problemi öz bildiyi şəkildə həll etmək istəyindən irəli gəldiyini vurğulayıb.
Qeyd edək ki, Yaponiya Rusiyanın II Dünya müharibəsinin sonunda nəzarəti altına aldığı Kuril adalarının onlara qaytarılmasını və sülh müqaviləsinin imzalanmasını istəyir.