|
Rusiya neft sferasındakı vergi manevrləri ilə bağlı kompensasiyadan imtina etməklə qərb istiqamətindəki yeganə müttəfiqini itirə bilər.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bunun fəlakət olduğunu hesab etmək olmaz. Əgər Rusiya rəhbərliyi belə hərəkət yolu tutsa və qərb istiqamətindəki yeganə müttəfiqini itirsə, bu onların seçimi olacaq. Biz onları nəyəsə məcbur edə bilmərik” – deyə o bildirib.