|
Belarus və Rusiyanın bir dövlətdə birləşməsi məsələsini müzakirə etməyə ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bu bəyanatı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O həmçinin Belarus və Rusiyanın bərabərhüquqlu şəkildə inkişaf edə biləcəyini söyləyib:
“Əgər bərabərhüquqlu tərəfdaşlıqla bağlı əsas yoxdursa, ittifaq da yoxdur. Hazırda Rusiya ilə Belarusun birləşdirilməsi məsələsi gündəmdə yoxdur”.