|
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç gələn ay Azərbaycana səfər etmək niyyətindədir.
Report xəbər verir ki, qonaq Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindəki iclasda iştirak edəcək.
Xatırladaq ki, Avropa Komissiyasının vitse-prezidenti ötən il fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirak etmişdi.