|
Ümid edirəm ki, Türkiyə ilə aparılan danışıqlar iki tərəfin də qəbul edəcəyi şəkildə nəticələnəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Bolton ABŞ-ın Türkiyə ilə dialoq vəziyyətində olduğunu və qarşıdakı həftə hərbçilərin iştirakı ilə görüşlərin davam edəcəyini söyləyib.
“Türkiyə ilə birlikdə Suriyadakı vəziyyətin pisləşməsinin qarşısını almağımız çox önəmlidir”, - müşavir bildirib.