2018-ci ildə hərbi sahədə əldə olunan nailiyyətlər Qarabağ probleminin qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək.

 

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Ali Baş Komandan dəfələrlə bütün çıxışlarında Azərbaycan Ordusunun vəziyyətini yüksək qiymətləndirib:

“Azərbaycan Ordusu daim yeni texnika və müasir silahlarla təchiz olunur. Bu gün hərbi mütəxəssislərimiz NATO və MDB üzrə bütün tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Tez-tez Azərbaycana səfər edən NATO generalları mütəxəssislərimizin sülhməramlı qüvvələrin tərkibində xidmətini yüksək qiymətləndirirlər. Baxın, 20 nəfərdən başlayan sülhməramlılarımızın sayı hazırda 120-dən yuxarıdır. Bununla bağlı ildən-ilə Azərbaycana müraciətlər artır. Bundan başqa, 20-25 şəxsi heyətin iştirakı ilə keçirilən irimiqyaslı təlimlər Azərbaycanda xeyli peşəkar sərkərdələrin olmasından və ordumuzun peşəkarlığından xəbər verir”.

Polkovnik qeyd edib ki, Azərbaycan heç vaxt ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı ilə barışmayacaq:

“2018-ci ildə Ordumuz bir sıra uğurlara imza atdı. Xüsusilə də 2018-ci ildə Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət bərpa olundu. Əminəm ki, bu uğurlar 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etməsinə və Dağlıq Qarabağ məsələsinin qısa bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək”.

25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı

Xəbər lenti