|
ABŞ Dövlət katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabi Əmirliyinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşüb.
Axar.az xəbər verir ki, Əbu-Dabidə baş tutan görüşdə iki ölkə arasındakı münasibətlər və onun inkişafı müzakirə edilib. Tərəflər arasında regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmini məsələsində əməkdaşlıq da gündəmə gətirilib.
Qeyd edək ki, BƏƏ Pompeonun 9 ölkəni əhatə edən Yaxın Şərq turunda səfər etdiyi 5-ci ölkə olub.