|
Ukrayna Prezidenti Pyotr Poroşenko Spas na Berestove məbədini Konstantinopol Patriarxlığına vermək niyyətindədir.
Axar.az xəbər verir ki, bu məlumatı “Strana.ua” saytı yayıb. Məlumata görə, bu kilsə patriarx Varfolomeyə Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya qarşılığında verilməli olan kilsələrdən biri sayılır.
Qeyd edək ki, Spas na Berestove kilsəsi Ukraynanın ən qədim məbədlərindən biri sayılır. Buranı slavyanlar üçün maraqlı edən başqa bir maraqlı məqam kilsə ərazisində 1157-ci ildə Moskvanın əsasını qoyan knyaz Yuri Dolqorukiyin dəfn edilməsidir.