|
Yunanıstanın Müdafiə naziri Panos Kamennosun rəhbərlik etdiyi Müstəqil Yunanlar Partiyası koalisiya hökumətindən çıxacağını bəyan edib.
Axar.az xəbər verir ki, bu qərarı Kamennos Yunanıstan Baş naziri Aleksis Çiprasla yarım saatlıq görüşündən sonra qəbul edib.
Kammenos bu qərarı Makedoniyanın adıyla bağlı hökumətin tutduğu mövqeyə görə qəbul etdiyini bildirib.