|
Vaşinqton hələlik Paşinyanı tədqiq edir.
Axar.az xəbər verir ki, bunu “Haqqin.az”a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Bəli, o özünü demokrat adlandırır, amma biz hələlik konkret fəaliyyətdən çox, söz müşahidə edirik. ABŞ-ın regionda maraqları Qarabağ münaqişəsinin tez bir zamanda həllindən keçir, amma hələlik Paşinyan bu məsələdə özünü nümayiş etdirə bilməyib. Hələlik gözləyib, onun sonrakı fəaliyyətlərini izləmək lazımdır”, – deyə o bildirib.