|
Litvada 1991-ci ildə Vilnüs teleqülləsinə hücuma görə Rusiya vətəndaşlarına qarşı açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi sona çatmaq üzrədir.
Axar.az xəbər verir ki, məhkəmənin fevralın 18-də yekun qərar verəcəyi bildirilib. Məhkəmə prosesi çərçivəsində SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov barədə də qiyabi hökm verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl Litvada Vilnüs teleqülləsinə 13 yanvar 1991-ci ildə edilən hücumla bağlı araşdırma başladılıb. 14 nəfərin öldüyü, 700 nəfərin yaralandığı hücumla əlaqədar Litva hakimiyyəti SSRİ-nin o zamankı rəhbərliyini ittiham edib. Rəsmi Vilnüs tərəfindən bu cinayətdə ümumilikdə 58 rusiyalı ittiham olunub.