|
Ukrayna Pravoslav Kilsəsinin avtokefaliyası haqqında tomosu prezident seçkisində mübarizə üçün siyasi alətə çevrilib.
Axar.az xəbər verir ki, bunu İCTV-də çıxışı zamanı Ukraynanın Baktivşina Partiyasının sədri Yuliya Timoşenko deyib.
“Çox təəssüf edirəm ki, tomosu siyasi alətə çeviriblər. Mən buna qarşıyam. Biz müstəqil kilsənin yaradılmasının hər zaman tərəfdarı olmuşuq, amma bunun reytinq məqsədilə istifadəsini qəbul etmirik”, – deyə o bildirib