|
Əgər NATO-nun digər üzvlərinin hərbi xərcləri artırması tempi Trampı razı salmasa, o, ABŞ-ın NATO-dan çıxması məsələsinə yenidən baxa bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Tramp keçən il bir neçə dəfə məxfi şəkildə ABŞ-ın NATO-dan çıxarılması arzusunu dilə gətirib və NATO-nu ABŞ üçün bataqlıq adlandırıb.
Qeyd edək ki, bundan öncə Tramp NATO üzvlərini tənqid edərək, hərbi xərclərini artırması gərəkdiyini bəyan etmişdi.