|
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqdan imtina etməsi qurumda demokratiya böhranına səbəb olacaq və cəmiyyətin nüfuzuna ciddi zərbə vuracaq.
Axar.az xəbər verir ki, bu sözləri Avrokontinent Geosiyasi Araşdırmalar Mərkəzinin rəhbəri Pyer-Emmanuel Tomann deyib.
“Britaniyalıların Breksitdən imtinasının Avropanı xilas edəcəyini və ya ikinci bir referendum nəticəsində Böyük Britaniya əhalisinin böyük əksəriyyətinin qurumun tərkibində qalmasına səs verəcəyini hesab etmək illuziyadır. Bu, demokratik böhrana gətirib çıxaracaq. Çünki Avropa Birliyi və Britaniya hökuməti demokratiyanı tapdalamaqda ittiham olunacaq. Nəticədə isə AB və onun siyasi elitasının nüfuzu çox ciddi zərbə alacaq, avropalıların özlərinin quruma münasibəti pisləşəcək”, - Tomann bildirib.