|
Danimarka BƏƏ-yə silah satışını dayandırıb.
Axar.az xəbər verir ki, buna səbəb kimi BƏƏ-nin Yəməndə yaşanan humanitar böhranda fəal rol oynaması göstərilib.
Danimarkanın Xarici İşlər naziri Anders Samuelsen parlamentdəki çıxışı zamanı BƏƏ-ni Yəməndəki müharibənin bir parçası olaraq göstərərək bu ölkəyə silah və hərbi ləvazimat ixracının dondurulduğunu açıqlayıb.
Qeyd edək ki, Danimarka jurnalist Camal Qaşıqçının qətlinə görə, Səudiyyə Ərəbistanına da silah satmaqdan imtina etmişdi.