|
Suriya Prezidenti Bəşər Əsəd Sevastopol və Krımı ziyarət etmək arzusunu dilə gətirib.
Axar.az xəbər verir ki, bu barədə Suriyaya səfər edən rus nümayəndə heyətinin tərkibində yer alan deputat Dmitri Belik danışıb.
Rusiya və Suriya parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Sablin isə Əsədin övladlarının Krımda dostları olduğunu qeyd edib:
“Əsəd dedi ki, övladları artıq Krımı ziyarət edib və ona səfərlə bağlı fotoları göstərirlər. Onların Rusiyada dostluğu yaranıb. Onlar yazışırlar, ünsiyyət qururlar. Əsəd də Krımı görmək istəyir”.