|
Qırğızıstanın paytaxtı Bişkekdə polis Çin ekspansiyasına qarşı dünən baş tutan mitinqi dağıdıb.
Axar.az xəbər verir ki, bu məlumat Yutub sosial şəbəkəsində olan “AKİpress nyus” kanalında yayımlanıb.
Məlumata görə, etiraz aksiyasında 200-dən çox şəxs iştirak edib. Aksiyanın təşkilatçısı Amanbol Babakulov olub. Etirazçılar miqrasiya üzərində xalq nəzarətinin yaradılması, Çin vətəndaşlarına viza verilişinin azaldılmasını, Pekindən Bişkekə verilən kreditlərin effektivliyinin yoxlanılmasını, qırğız qızlarının xaricilərə verilməməsini tələb ediblər. Ümumilikdə etiraz aksiyası zamanı 21 nəfər saxlanılıb.
Qeyd edək ki, bu, Çin ekspansiyasına qarşı Qırğızıstanda cari il başlayandan bu yana keçirilən 2-ci etiraz aksiyasıdır.