|
ABŞ Rusiyanın qanadlı raketlərinin gələcəkdə hipersəs sürətinə malik olacağını gözləyir.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun ABŞ-ın raket əleyhinə müdafiə sistemi ilə bağlı xəbərdarlıq xarakterli hesabatında deyilib.
“Qanadlı raketlərin böyük hissəsi hələ ki, yerdə hədəflərə yönəlikdir və səs sürətinə çatmır. Lakin yaxın gələcəkdə səs sürətinə çatacağı gözləniləndir”, - deyə hesabatda bildirilib.