|
Liviyanın paytaxtı Tripolidə ikinci gündür aramsız davam edən silahlı toqquşmalar zamanı 10 nəfər həlak olub, 41 isə yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Çərşənbə günündən qızışan toqquşmalar nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb", - deyə açıqlamada qeyd olunur.
Bildirilir ki, qadınlar və uşaqlar da daxil olmaqla, daha 41 nəfər xəsarət alıb.