|
Suriyada yerli əhali PKK terror təşkilatından qaçmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə etirafı Türkiyənin Şanlıurfa bölgəsində təhlükəsizlik qüvvələrinə təslim olan iki YPG/PKK terrorçusu edib.
Sözügedən terrorçular yerli əhalinin PKK-nı istəmədiyini, onlardan qaçmağı belə gözə aldıqlarını bildirib.
Qeyd edək ki, bir müddət öncə Türkiyə-Suriya sərhədini keçən iki terrorçu təslim olub, onların ailələri ilə görüşməsinə şərait yaradılıb.