|
Serj Sərkisyanın tərəfdarlarının Nikol Paşinyan hökumətinə qarşı müqavimət cəhdləri məhvlə nəticələnəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə “Asparez” Jurnalistlər Klubunun rəhbəri Levon Barseqyan çıxış edib.
“Müqavimət daha çox Köçəryanın həbsi ilə bağlıdır. Köçəryan istintaqa elə informasiyalar verə bilər ki, nəticədə cinayət məsuliyyətinə digər məşhur erməni siyasətçilər də düşər bilərlər” – deyə o bildirib.
“Vestnik Kavkaza” saytına açıqlama verən İrəvanın keçmiş meri Vaaqn Xaçaturyan isə Köçəryanın vəziyyətinin həqiqətən ağır olduğunu deyib:
“10 il əvvəl olanları hər kəs gözəl bilir. Hamı bilir ki, Köçəryanın məlumatı olmadan, müdafiə nazirinin əmri olmadan heç kim xalqa qarşı belə addım ata bilməzdi. Bu cinayət işi çoxlarına bəla olacaq. Buraya Serj Sərkisyanın da cəlb edilməsi mümkündür”.