|
ABŞ ordusu Talibana qarşı aviazərbə və hücumları artırıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.
Məlumata görə, hücumların səviyyəsi 2014-cü ildən bu yana ən yüksək həddə çatıb. Belə ki, keçən il ərzində ABŞ Əfqanıstandakı ekstremistlərə 7000-dən çox bomba, raket atıb və bu isə 2014-cü ildəki göstəricidən 3 dəfə çoxdur.
Qəzet bu hücumların ABŞ-ın Talibanla apardığı sülh danışıqlarında rıçaq əldə etməsi üçün təşkil etdiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Talibanla danışıqlara başlayıb. Danışıqlar zamanı ABŞ-ın ordusunun bir hissəsini Əfqanıstandan çıxarmağa razılıq verdiyi vurğulanıb.