|
ABŞ Müdafiə Nazirliyinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan gözlənilmədən Əfqanıstana səfər edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Şanaxanın Əfqanıstanda Prezident Əşrəf Qani, müdafiə naziri, Əfqanıstanda NATO qoşunlarının rəhbəri ilə görüşü planlaşdırılıb.
Qeyd edək ki, Şanaxan bundan öncə Əfqanıstanda heç vaxt olmayıb.