|
Əgər ortada Rusiyanın iqtisadi və ya siyasi maraqları olarsa, Rusiyanı heç nə dayandırmayacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib. O, bunu Kerç insidentinin sübuta yetirdiyini bildirib:
“Avropa sərt reaksiya verməlidir. Əgər Rusiya özü dayanmasa, onu dayandırmaq lazımdır. Rusiya və Ukrayna arasında normal münasibətlər qeyri-mümkündür, bu münasibətləri total şəkildə yeniləməyə ehtiyac var”.