|
RT telekanalının baş redaktoru Marqarita Simonyan özünün Teleqram kanalında Azərbaycan mənşəli rusiyalı jurnalist İradə Zeynalova ilə münasibətlərindən danışıb.
“İradə mənim rəfiqəmdir. Moskvaya köçdüyüm vaxtlar qalmağa yerim yox idi və o, məni evinə yaşamağa dəvət etdi. Nyusrumda bizi Ermənistan-Azərbaycan münaqişəsi adlandırırdılar”, - Simonyan yazıb.
Virtualaz.org-un məlumatına görə, Simonyan həmçinin İradə Zeynalovanın hərbi müxbirlərə ərə getmək "ənənəsi" olduğunu bildirib və onun həyat yoldaşının – “Birinci kanal”ın hərbi müxbiri Aleksandr Yevstiqneyevin yeni Teleqram kanalının hesabını paylaşıb.