|
Moskvada 22 fevralda müxtəlif ictimai binalara bomba qoyulması ilə bağlı polisə 700-dən çox zəng olub.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, zənglər nəticəsində 707 bank filiallarında, 14 məktəb və 2 institutda axtarışlar aparılıb. Lakin, şübhəli heç nə tapılmayıb.
Əməliyyatlara 1000-ə yaxın polis cəlb edilib. Araşdırmalar zamanı ümumilikdə 4435 nəfər təxliyyət edilib.
Polis hazırda əsassız xəbərdarlıqları edən şəxsləri axtarır.
Xatırladaq ki, ötən ay da Moskvada məktəblər, icarət mərkəzləri, banklar və teatr binalarına bomba qoyulması ilə bağlı polisə kütləvi zənglər olmuş, iddialar əsassız çıxmışdı.