|
Suriya ordusu Nüsrə Cəbhəsi qruplaşmasının qərargahını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.
Əməliyyatın Həma vilayətinin Kəfr ən-Nibuda kəndində baş tutduğu və qruplaşmanın liderindən biri Məhəmməd Yusif Basliyənin də öldürüldüyü deyilib.
Qeyd edək ki, bundan öncə Nüsrə Cəbhəsini lideri Məhəmməd Cülaninin ağır yaralandığı və Türkiyədə müalicə aldığı deyilmişdi.