|
Dünya nüvə silahlanması ərəfəsindədir, lakin ondan qaçıb, Rusiya ilə münasibətləri yoluna qoymaq olar.
Axar.az xəbər verir ki, bu sözlər Almaniya parlamentinin deputatı Yurgen Trittinin “Frankfurter Rundschau” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Avropa ölkələri yeni silahlanma yarışı təhdidinə düzgün reaksiya vermirlər və bütün hər şeydə Rusiyanı ittiham etməyə cəhd edirlər:
“Təkcə Rusiyanı hədəf olaraq göstərmək heç nəyə yardım etməyəcək. Münhendə Merkelin vəd etdiyi kimi hərbi xərclərin iki dəfə artırılması tezliklə silahlanma yarışına səbəb olacaq”.
O həmçinin ABŞ-ın qlobal razılaşmaları dağıtmağa davam etməsi, dünyanı daha böyük təhlükələrə atdığını bildirib:
“ABŞ-ın hazırkı administrasiyasının fəaliyyətinə Trampın xaotik destruktivliyi və Penslə Boltonun neokonservatik aqressiyası xasdır. Bu, toksik qarışıqdır və o, Avropanın təhlükəsizliyi üçün təhdid kəsb edir.
Avropanın təhlükəsizliyi yalnız Rusiya vasitəsilə mümkündür. NATO təkcə özünün taktiki nüvə silahlarını Avropadan çıxartmamalı, həm də Amerikanın raket hücumundan müdafiə sistemlərindən imtina etməlidirlər. Eyni addımı Rusiya da atmalıdır”.