|
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbi ilə elan etdiyi fövqəladə vəziyyət rejiminin ləğv edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, səsvermədə 245 deputat lehinə, 182-ci isə əleyhinə səs verib.
Qərarın qüvvəyə minməsi üçün Senatda da səsverməyə çıxarılacaq.
Qeyd edək ki, qanun layihəsində Trampın Meksika ilə sərhədə çəkilməsini istədiyi divarın inşası üçün daha öncədən ayrılan büdcədən daha artığının ayrılmaması da nəzərdə tutulub.
Xatırladaq ki, Tramp divar çəkilməsi üçün 5,7 milyard dollar tələb etsə də, Senat 1,37 milyard dollar ayırıb. ABŞ prezidenti fövqəladə vəziyyət rejimi elan edərək məbləğin qalan hissəsini hərbi büdcədən tamamlamaq niyyətində idi.
Xatırladaq ki, Tramp divar çəkilməsi üçün 5,7 milyard dollar tələb etsə də, Senat 1,37 milyard dollar ayırıb.