|
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistanın qətlə yetirilən baş naziri Vazgen Sərkisyanın 60 illik yubileyi keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə qondarma “dqr”in rəhbəri Bako Saakyan, separatçıların keçmiş lideri Arkadi Qukasyan, Ermənistanın eks-prezidenti Serj Sərkisyan, Vazgen Sərkisyanın qardaşı və Ermənistan Respublika Partiyasının sədri Aram Sərkisyan da iştirak edib.
Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terakt törədilib. Terakt nəticəsində spiker Karen Dəmirçiyan, Baş nazir Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, nazir Leonard Petrosyan qətlə yetirilib. Teraktın həyata keçirilməsinə Daşnaksütyun Partiyasının üzvü Nairi Unanyan rəhbərlik edib. Qriqoryan bu qrupda əsas şəxslərdən biri olub.
İndiyə bu teraktın arxasında Rusiya, Robert Köçəryan və Serj Sərkisyanın dayandığı iddia olunur.